Modern.az

İlham Əliyev: “Nardaran sakinləri daim dövlətçiliyə sadiq olublar”

İlham Əliyev: “Nardaran sakinləri daim dövlətçiliyə sadiq olublar”

21 İyun 2016, 14:37

Azərbaycan prezidenti İlham Əliyev Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşündə qəsəbədə və ətraf ərazilərdə yolların yenidən qurulmasından danışıb.

 

Modern.az-ın xəbərinə görə, dövlət başçısı bundan sonra da Bakı qəsəbələrinin, o cümlədən Nardaranın sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlərin davam etdiriləcəyini deyib, yeni iş yerlərinin açılmasının vacibliyini vurğulayıb.

 

Nardaran sakinlərinin daim dövlətçiliyə sadiq olduqlarını bildirən dövlət başçısı ölkədə bütün azadlıqların, o cümlədən din azadlıqlarının tam təmin edildiyini vurğulayıb, bu sahədə Azərbaycanın əldə etdiyi nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini bildirib.

 

Prezident İlham Əliyev qeyd edib ki, qəsəbə sakinləri də ölkənin müstəqilliyinin möhkəmləndirilməsi işinə töhfə verirlər.

 

Nardaran sakini Ağasəid Orucov İlham Əliyevə onlara göstərilən diqqət və qayğıya görə, minnətdarlığını bildirib. 

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi