Modern.az

Azərbaycanlı iş adamının evinə hücum edildi

Azərbaycanlı iş adamının evinə hücum edildi

22 İyun 2016, 16:53

Ukraynada bir müddət öncə oğlu oğurlanmış azərbaycanlı iş adamının Donetskdəki evinə separatçılar hücum edib.

Modern.az saytına daxil olan məlumata görə, Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayəti üzrə sədri, hazırda biznes fəaliyyəti ilə məşğul olan iş adamı Malik Pirverdiyevin evinə və obyektlərinə silahlılar tərəfindən hücum edilib.

Ukraynadakı mənbənin saytımıza verdiyi məlumata görə, iş adamının Donetskdəki mülkü separatçılar tərəfindən dağıdılıb.

Hadisə ilə bağlı əlaqə saxladığımız Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri  də məlumatı təsdiqləyiblər.

Azərbaycanın Ukraynadakı Səfirliyinin konsulluq şöbəsindən də məlumatı təsdiq ediblər.

Konsulluq şöbəsindən Modern.az-a bildirilib ki, Donetskdə hadisə baş verən yerə səfirliyin əməkdaşı da gedib və olayla bağlı araşdırma aparılır.  

Yerli hüquq-mühafizə orqanları tərəfindən də araşdırmalar aparılır.

Qeyd edək ki, Ukraynada nüfuzlu iş adamı kimi tanınan Malik Pirvediyev sərvətinə görə dəfələrlə separatçılar tərəfindən hədələndiyi üçün ailəsi ilə birgə bir müddət əvvəl Donetskdən Kiyevə köçüb.

Xatırladaq ki, Malik Pirverdiyevin oğlu, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Donetsk Vilayət təşkilatının sədri Cəlal Pirverdiyev ötən il naməlum şəxslər tərəfindən oğurlanaraq, 10 aya yaxın girov saxlanılıb və sonda 300 min dollar müqabilində azadlığa buraxılıb.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi