ABŞ, Rusiya və Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələri kimi Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ məsələsi üzrə növbəti görüşünün tez bir zamanda təşkil edilməsinin tərəfdarıdırlar.
Modern.az xəbər verir ki, bu barədə Trend-ə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
Onun sözlərinə görə, prezidentlərin görüşünün tarixi hələ təyin edilməyib.
Modern.az