Modern.az

Azərbaycan-Gürcüstan sərhəddində sıxlıq yaranıb

Azərbaycan-Gürcüstan sərhəddində sıxlıq yaranıb

Ölkə

6 İyul 2016, 16:58

İyunun 6-da səhər saatlarından etibarən Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində nisbi sıxlıq yaranıb.

 

Modern.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətində istinadən xəbər verir ki, sıxlığın yaranmasının əsas səbəbi bayram günləri ilə əlaqədar Gürcüstana səyahət edənlərin sayının kəskin artmasıdır.

 

Gömrük-keçid məntəqəsinin iş rejimini çətinləşdirən digər amil isə Rusiya-Gürcüstan sərhədində baş verən uçqun nəticəsində Rusiyadan bu ölkəyə gedən avtomobillərin Rusiya-Azərbaycan-Gürcüstan marşrutu ilə hərəkət etməsidir.

 

Belə ki, Rusiya-Gürcüstan arasındakı sərhəd-keçid məntəqəsinin iş rejimində yaranan problem nəticəsində Rusiya Federasiyasından Gürcüstana gedən avtomobillər Azərbaycandan tranzit keçməklə “Sınıq Körpü” gömrük keçid məntəqəsi vasitəsilə Gürcüstan ərazisinə hərəkət edir.

 

Hazırda 3 xətt vasitəsilə avtomobillərin intensiv keçidinin təmin olunduğu “Sınıq Körpü” gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və qısa zaman ərzində sıxlıq tam aradan qaldırılacaq.

 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi