Modern.az

AXCP Ali Məclisinə sədr seçilib

AXCP Ali Məclisinə sədr seçilib

Ölkə

9 Oktyabr 2016, 19:49

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib.

 

Modern.az-ın APA-ya istinadən xəbərinə görə, partiyanın Gənclər Komitəsinin sədri İlham Hüseyn bildirib ki, sessiyada Ali Məclis sədri postuna seçkilər keçirilib.

 

Bu vəzifəyə AXCP sədrinin müavini Nurəddin Məmmədli seçilib.

 

Qeyd edək ki, AXCP Ali Məclisinin sədri Həsən Kərimov vəfat etdiyi üçün bu vəzifə boş qalmışdı.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi