Modern.az

BQXK: "Əsirlərin dəyişdirilməsi üçün tərəflər hələ bizə müraciət etməyib"

BQXK: "Əsirlərin dəyişdirilməsi üçün tərəflər hələ bizə müraciət etməyib"

14 Mart 2011, 12:25

Martın 5-də Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Soçi görüşünün nəticələri ilə bağlı verdikləri birgə bəyanatda qısa müddət ərzində hərbi əsirlərin dəyişdirlməsi barədə razılıq əldə ediblər. Prezidentlərin görüşündən bir həftə keçməsinə baxmayaraq tərəflər hələki əsirlərin dəyişdirilməsi istiqamətində növbəti addımı atmayıblar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) mətbuat xidmətinin rəhbəri İlahə Hüseynova Modern.az-a məlumatında bildirib ki, BQXK həmişəki kimi tərəflərə öz vasitəçiliyi üçün hazırlığını bəyan edib. “Adətən tərəflər öz aralarında razılaşmalıdı ki, ondan sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi bu prosesə qoşulsun. Prezidentlərin Soçi görüşündən sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinə heç bir tərəfdən  müraciət olunmayıb”. Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin məlumatına görə,  Ermənistanda hazırda 2 azərbaycanlı hərbi əsir var. Azərbaycanda isə 3 hərbi əsir və 6 nəfər mülkü şəxs saxlanılır ki, bunların da 5 nəfəri bir ailənin üzvüdür. Qeyd edək ki, Azərbaycan Milli Ordusunun əsgəri Rafiq Həsənov 2 il 5 ay, kiçik çavuş Anar Hacıyev isə 1 il 10 ay öncə Ermənistana əsir düşüblər. Mail Ağaxanov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər