Modern.az

Artur Rasizadə hesabat verməyə HAZIRLAŞIR

Artur Rasizadə hesabat verməyə HAZIRLAŞIR

Ölkə

9 Yanvar 2017, 10:46

Milli Məclisin qış tətili bitdikdən sonra komitələr işə başlayaraq yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrini nəzərdən keçirəcək.

Parlamentin yaz sessiyasının ilk planer iclası isə fevral ayının 1-də olacaq.

 

Modern.az saytının məlumatına görə, Milli Məclisin yaz sessiyasının 5-ci iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat dinləniləcək.

 

Qeyd edək ki, bu prosedur,  “Milli Məclisin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Konstitusiya Qanununun 1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

Daha sonra isə hesabatın müzakirəsi başlanır.

Hesabat əvvəlcədən tanışlıq üçün Milli Məclisə təqdim olunur,  deputatlara paylanılır.

 

Aqşin Kərimov

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi