Modern.az

İlham Əliyev 2018-ci ildə YAP-ın prezidentliyə namizədi olacaq - Hakim partiyadan AÇIQLAMA

İlham Əliyev 2018-ci ildə YAP-ın prezidentliyə namizədi olacaq - Hakim partiyadan AÇIQLAMA

4 İyul 2017, 17:31

“Yeni Azərbaycan Partiyası (YAP) 2018-ci ildə keçiriləcək prezident seçkilərində Azərbaycan Respublikasının hazırkı Prezidenti İlham Əliyevin namizədliyini yenidən irəli sürəcək”.

Bu sözləri Modern.az saytına açıqlamasında YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat  Aydın Mirzəzadə deyib.


YAP rəsmisi bildirib ki, hakim partiya 2018-ci ildə keçirləcək Prezident seçkilərində İlham Əliyevi vahid namizəd olaraq görür.

“Biz inanırıq ki, cənab İlham Əliyev  gələn il keçiriləcək seçkilərdə yenidən Prezident seçiləcək”.

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi