Müsabiqənin qaydalarına əsasən, “Eurovision-2012” yarışması Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək
Modern.az saytı xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərində “Eurovision-2011” beynəlxalq mahnı müsbaiqəsinin finalı keçirildi. Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal səhnəyə 19-cu çıxaraq “Running Scared” mahnısını ifa etməklə 221 xal toplayıb qalib oldular.
Təmsilçilərimiz “Esprit Arena”da keçirilən final mərhələsinin sonunda ifalarını təkrar səsləndirməklə bütün Avropanın diqqətini çəkdilər.
“Eurovision-2011”in 2-si İtaliya, 3-sü İsveç təmsilçiləri oldu.
Final mərhələsində 25 ölkə çıxış edirdi. Bu ölkələr: Avstriya, Azərbaycan, Bosniya və Hersoqovina, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Litva, Moldova, Rumıniya, Rusiya, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna və Böyük Britaniya idi.
43 ölkədən final gecəsi iştirakçılara səs verildi. Azərbaycan təmsilçilərinə səs verən ölkələr aşağıdakılar oldu:
Rusiya 12 xal;
Niderland 6 xal;
Kipr 8 xal;
Ukrayna 10 xal;
Finlandiya 5 xal;
İslandiya 8 xal;
Slovakiya 7 xal;
Avstriya 8 xal;
Polşa 8 xal;
İsveç 3 xal;
San-Marino 10 xal;
Türkiyə 12 xal;
İsveçrə 1 xal;
Yunanıstan 5 xal;
Gürcüstan 8 xal;
Fransa 6 xal;
Xorvatiya 10 xal;
Belarus 6 xal;
Rumıniya 10 xal;
Albaniya 8 xal;
Malta 12 xal;
Portuqaliya 8 xal;
Macarıstan 7 xal;
Litva 8 xal;
Bosniya və Hersoqovina 8 xal;
İsrail 4 xal;
Estoniya 8 xal;
Moldova 10 xal;
Belçika 3 xal;
Latviya 2 xal.
Azərbaycan isə aşağıdakı ölkələrə bu xalları verdi:
12 – Ukrayna
10 - Gürcüstan
8 – Yunanıstan
7 - Moldova
6 - Rumıniya
5 - Britaniya
4 - Rusiya
3 - İsveç
2 - Macarıstan
1 - İtaliya
Beləliklə, müsabiqənin qaydalarına əsasən, “Eurovision-2012” yarışması Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək.
Eldar Qasımov - 1989-cu ildə Bakıda dünyaya gəlib. 2001-2005-ci illərdə 2 saylı Musiqi Məktəbində fortepiano üzrə təhsil alıb. 2008-ci ildə Almaniyada vokalı, aktyor ustalığını və səhnə nitqini öyrənib. 2006-2010-cu illərdə Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil alıb. 2010-cu ildə həmin təhsil ocağının beynəlxalq əlaqələr ixtisası üzrə magistratura pilləsinə qəbul olunub. Alman dilində sərbəst danışır.
Nigar Camal - 7 sentyabr 1980-ci ildə Bakıda dünyaya gəlib. 1988-95-ci illərdə musiqi məktəbində təhsil alıb. 1995-96-cı illərdə "Pöhrə" respublika müsabiqəsində iştirak edib və 1996-nın mayında müsabiqənin fəxri diplomantı adını qazanıb.
1997-ci ildə 203 saylı məktəbi bitirib. 1997-2001-ci illər ərzində "Xəzər" Universitetində iqtisadçı ixtisası üzrə təhsil alıb. 2005-ci ildə ailə həyatı qurub və Londona köçüb. RnB, Soul, Pop tərzlərində mahnılar oxuyur. İki uşaq anasıdır.
Xatırladaq ki, Azərbaycan "Eurovision" Mahnı Müsabiqəsində 2008-ci ildən iştirak edir. Belqradda keçirilən "Eurovision" yarışmasında Azərbaycanı təmsil edən Samir və Elnur dueti həmin il müsabiqədə 8-ci yeri tutmuşdu. Daha sonra Moskvadakı “Eurovision-2009” Mahnı Müsabiqəsində Aysel və Araş dueti 3-cü, Oslodakı “Eurovision-2010” yarışmasında isə təmsilçimiz Səfurə Əlizadə Azərbaycana 5-ci yeri qazandırmışdı.
Modern.az