SSRİ-nin ən qəddar rəhbərlərindən olmuş İosif Stalinin siyasi məhbuslar üçün ölüm düşərgələri barədə məlumatlar insanı lərzəyə gətirir. Bu düşərgələrdə Stalin siyasətinə qarşı çıxan yüz minlərlə insanın məhv edildiyinə dair təkzibedilməz faktlar var. Məhbusların çox ağır şəraitlərdə işlədildiyi belə əmək düşərgələri sürgünə göndərilən insanların böyük əksəriyyətinə məzar olub. Stalinin bu qanlı siyasəti nəticəsində milyonlarla insan ölüm düşərgələrində həyatını itirib.
İkinci Dünya Müharibəsindəki qələbə Stalinin ölüm düşərgələri ilə bağlı cinayətini tarixin arxa səhifəsinə atsa da, bu qanlı olayları gizlətmək mümkün olmadı.
1922-ci ildən sonra iqtidara gələn Stalinin gizli polis qüvvələri rəhbərə müxalif olanları kütləvi həbsə alır, məhkəməsiz-filansız əmək, əmək düşərgələrinə, (əslində ölüm düşərgələri) göndərirdi. Siyasi məhbuslar üçün qurulan belə düşərgələr rusca “Kulak” adlanırdı, 1923-1954-cü illər arasında təkcə “Kulak” düşərgələrində 2,4 milyon adam ölüb.
Düşərgələr Stalinin siyasi təzyiqinin bir simvolu idi. 30-cu illərdə onlarda cəza çəkən məhkumlar ancaq siyasi dustaqlar idi.
Düşərgədə hər növ işlətmə mövcud idi. Gizli polisin tutduğu məhkumlar ölümünə işlədilirdi.
1954-cü ilə qədər 475 “Kulak” düşərgəsi qurulmuşdu. Düşərgələr əsasən Sibirin çətin relyefə malik meşəlik sahələrinə qurulmuşdu.
Düşərgələrdə yerləşdirilən məhkumlar ümumiyyətlə məhkəməsiz gətirilən dustaqlar idi, bununla yanaşı saxta məhkəmə hökmləri əsasında həbs olunanlar vardı.
Ölüm düşərgələrində dustaqların gördüyü əsas işlərdən biri meşlərdə ağac kəsib təmizləmək idi. İşlətmələr zamanı qaçanlar yerindəcə güllələnib öldürülürdü.
“Kulak” düşərgələrində məhbusların çoxu yoluxucu xəstəliklərdən, aclıq və susuzluqdan, işgəncələrdən ölürdü. Havasız baraklarda bit-birənin daraşıb qanını sorduğu məhkumlara acımaq yox idi. Buna görə çətin hava və coğrafi şəraitə baxmayaraq çöldə işləmək məhkumlar üçün bir nemət sayılırdı. Havasız kameralarda saxlanmaq isə ən böyük işgəncə idi.
Amma cır-cındır və nazik paltarlarla Sibir soyuğunda işlədilən məhbuslar da soyuqdan donaraq ölürdülər. Şiddətli şaxtanın təsirindən onların əl və ayaq barmaqları, qulaq və ya burunları donur, qırılıb düşürdü.
Bu düşərgələrdən birində məşhur rus yazıçısı Makim Qorki də (1927-ci ildə) bir müddət cəza çəkməli olmuşdu.
Stalinin ölümünə yaxın “Kulak”larda qalan siyasi məhkumların sayı 500 minə düşmüşdü. Onlar müxtəlif millətlərin nümayəndələri idilər: ruslar, finlər, polyaklar, almanlar, ukrainlər, belaruslar, pribaltikalılar, Krım türkləri, çeçenlər, digər müsəlmanlar…
Stalin kommunizmə müqavimət göstərən heç kimə acımırdı.
Məşhur rus dissidenti Aleksandr Soljenitsin 1918-1956-cı illəri əhatə edən həmin dövrü özünün “Qulaq Arxipelaqı” adlı kitabında dəhşət nümunəsi kimi təsvir edib.
Adəm Qorxmaz