Modern.az

Bakıda avtobusların yeni gedişhaqları açıqlandı - CƏDVƏL

Bakıda avtobusların yeni gedişhaqları açıqlandı - CƏDVƏL

1 Avqust 2018, 13:21

Bakı Nəqliyyat Agentliyi (BNA) avtobuslarda yeni gediş haqlarının məbləğini açıqlayıb.

Agentlikdən Modern.az-a verilən məlumatda bildirilib ki, şəhərətrafı və qəsəbələrarası marşrutların başlanğıc və son dayanacaqları arasındakı məsafədən asılı olmayaraq sərnişinin bir istiqamət üzrə ödəyəcəyi gedişhaqqı məbləği (gedəcəyi məsafədən asılı olaraq) tarif cədvəlinin 3-cü hissəsinə uyğun olaraq müəyyən edilir.

 

Qeyd olunub ki, 125 və 199 nömrəli şəhərətrafı marşrutların nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərməsi nəzərə alınaraq, gediş haqqı tarifi 0.35 manat səviyyəsində müəyyən edilib.

 

“28 May” metrostansiyası - Hava Limanı istiqamətində fəaliyyət göstərən H1 nömrəli ekspress marşrutun tarifində dəyişiklik edilməyib. Həmin marşrut üzrə gediş haqqı tarifi 1.30 manat təşkil edir.

 

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?