Modern.az

Hikmət Hacıyevə Prezident Administrasiyasında yüksək VƏZİFƏ verildi

Hikmət Hacıyevə Prezident Administrasiyasında yüksək VƏZİFƏ verildi

18 Sentyabr 2018, 08:52

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunub. Modern.az xəbər verir ki, bu barədə virtualaz.org-a məlumatlı mənbələr bildiriblər.

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsi Novruz Məmmədovun baş nazir təyin olunmasından sonra boş qalır. Bu baxımdan Hikmət Hacıyev faktiki olaraq şöbə rəhbərinin səlahiyyətlərini icra edəcək.

H.Hacıyev 1979-cu ildə Gəncədə anadan olub. BDU-nun beynəlxalq münasibətlər fakültəsinin məzunudur, habelə Belçikanın ULB universitetində təhsil alıb. 2000-ci ildən XİN-də işləyir. 2014-cü ildə nazirliyin mətbuat xidmətinin rəhbəri təyin olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?