Modern.az

İki rayona yeni icra başçısı TƏYİN EDİLDİ

İki rayona yeni icra başçısı TƏYİN EDİLDİ

Ölkə

31 Oktyabr 2019, 15:56

Prezident İlham Əliyev Xaçmaz Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib.

Modern.az xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Digər sərəncamla Anar Aqil oğlu Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Elnur Rzayev (1980-ci il təvəllüdlü) bu təyinatadək Gəncə şəhər İcra Hakimiyyəti başçısının I  müavini idi.

Anar Tağıyev (1981-ci il təvəllüdlü) isə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini idi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu