Modern.az

Rövnəq Abdullayev yenidən AFFA-nın prezidenti seçildi

Rövnəq Abdullayev yenidən AFFA-nın prezidenti seçildi

Ölkə

28 Yanvar 2020, 10:40

Rövnəq Abdullayev növbəti dəfə AFFA-nın prezidenti seçilib.

 

Modern.az-ın məlumatına görə, AFFA-nın yanvarın 28-də keçirilən konfransında Assosiasiyanın hazırkı rəhbəri R.Abdullayev səsvermə yolu ilə növbəti dəfə dörd il müddətinə qurumun prezidenti vəzifəsinə seçilib.

 

Xatırladaq ki, Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə 2012-ci ildə, üçüncü dəfə isə 2016-cı ildə AFFA-nın prezidenti seçilib. 

 

AFFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını təqdim edirik:

 

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer

 

1. İsgəndər Cavadov – Qərb Regional Futbol Federasiyası tərəfindən

2. Kazbek Tuayev – Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən

3. Elxan Məmmədov – Şimal Regional Futbol Federasiyası tərəfindən

 

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer

 

  1. Zaur Axundov – “Keşlə” FK tərəfindən

2. Rauf Əliyev – “Səbail” FK tərəfindən

3. Vaqif Sadıqov – “Sumqayıt” FK tərəfindən

4. Elşad Nəsirov – “Neftçi” PFK tərəfindən

5. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən

 

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

 

1. Firudin Qurbanov – Tələbə Futbol Federasiyası tərəfindən

2. Mahir Məmmədov – Futzal Federasiyası tərəfindən

 

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer

 

1. Elmar Məmmədyarov – Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən

2. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir