Modern.az

Ölkə ərazisində toz-dumanı müşahidə olunur - Nazirlik

Ölkə ərazisində toz-dumanı müşahidə olunur - Nazirlik

31 Yanvar 2020, 11:43

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən 31 yanvar 2020-ci il tarixində gecə saatlarından başlayaraq ölkə ərazisində havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.

 

Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, hazırda tozun miqdarı sanitar normadan 2.4 dəfə çoxdur. Buna səbəb son iki gün əzində ölkə ərazisinə cənub-qərb hava axınları vasitəsilə İran, İraq ərazisindən və Ərəbistan yarmadasından toz-dumanının daxil olmasıdır. Tozlu hava şəraitinin gün ərzində müşahidə olunacağı ehtimal olunur. Axşam saatlarından başlayaraq cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunması nəticəsində tozun miqdarı azalaraq norma həddinə düşəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir