Modern.az

Azərbaycanda bu ali rütbəni yalnız onlar daşıyır - SİYAHI

Azərbaycanda bu ali rütbəni yalnız onlar daşıyır - SİYAHI

31 Yanvar 2020, 12:38

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Məmməd oğlu Mehdiyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilsin. 

 

Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verilib. Səfər Mehdiyevin də general-polkovniklər siyahısına daxil olması nəticəsində Azərbaycanda bu rütbəni daşıyanların sayı 15 nəfərə çatdı.

 

Modern.az hazırda bu rütbəni daşıyan şəxslərin siyahısını təqdim edir:

 

  1. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)
  2. Namiq Abbasov - Azərbaycanın sabiq milli təhlükəsizlik naziri (1995-2004)
  3. Səfər Əbiyev - Azərbaycan Respublikasının eks-müdafiə naziri
  4. Nəcməddin Sadıkov - Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi
  5. Ramil Usubov -  Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi
  6. Eldar Mahmudov - sabiq milli təhlükəsizlik naziri
  7. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi
  8. Vaqif Axundov - Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi
  9. Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri
  10. Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri
  11. Bəylər Əyyubov - Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi
  12. Zakir Həsənov - Azərbaycanın Müdafiə naziri
  13. Mədət Quliyev - Azərbaycanın Müdafiə Sənayesi naziri
  14. Vilayət Eyvazov – Azərbaycanın Daxili İşlər naziri
  15. Məhərrəm Əliyev - Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri
  16. Səfər Mehdiyev - Dövlət Gömrük Komitəsinin sədri
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir