Modern.az

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Ölkə

2 Fevral 2020, 13:27

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu  gecə 3-5° isti, gündüz  8-13° isti, Bakıda  gecə 3-5° isti, gündüz  10-12° isti olacaq.

 

Atmosfer  təzyiqi  764 mm civə sütunundan 757 mm civə sütununa  enəcək.

 

Nisbi rütubət  gecə 65-75 %, gündüz 55-60%  olacaq.  

 

Fevralın 3-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz oalcaq, gecə və səhər bəzi yerlərdə duman olacaq.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə  1° şaxtadan 4°-dək  isti, gündüz  9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz  1-6° isti  olacaq. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir