Bu gün 82 saylı Ağcabədi seçki dairəsinin 32-ci məntəqəsində 120 yaşlı nənə səs verib.
Modern.az xəbər verir ki, rayonun Qaravəlli kəndində yaşayan Təhməzova Püstə adlı qadının evinə səyyar qutu aparılıb və o namizədini ev şəraitində seçib.
Həmin dairədə 5 qadın seçicinin yaşı 100-dən yuxarıdır.