Modern.az

“Sovetski”dən köçürülənlərə əlavə 32 milyon manat ödənilib - İcra başçısı  

“Sovetski”dən köçürülənlərə əlavə 32 milyon manat ödənilib - İcra başçısı  

2 Mart 2020, 11:00

“Sovetski” adlanan ərazidə əvvəlki mərhələdə sökülərək boşaldılmış ərazidə abadlıq işləri başa çatdırılıb.

 

Modern.az-ın məlumatına görə, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Yasamal rayonunda 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclasında deyib.

 

O qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən 2018-2019-cu illərdə “Sovetski” adlanan ərazidən köçürülmüş sakinlərə mərhələli şəkildə Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş hesablanma qaydasına uyğun olaraq Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 2002 ünvan üzrə 1969 daşınmaz əmlak sahibinə 32 087 842 manat məbləğində əlavə maddi yardım ödənilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir