Modern.az

Oqtay Şirəliyevdən koronavirusla bağlı QƏRAR

Oqtay Şirəliyevdən koronavirusla bağlı QƏRAR

2 Mart 2020, 16:11

“Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”nda dəyişiklik edilib.

 

Modern.az Oxu.az-a istinadən məlumat verir ki, bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev qərar imzalayıb.

 

Qərarla siyahıya 107-ci hissə əlavə edilib.

 

Bununla da “Entivio”, “Vedolizumab”, “Takeda Pharma A/S” nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri siyahısına əlavə olunub.

 

Qərarın icrasına nəzarət Səhiyyə nazirinin müavini Elsevər Ağayevə həvalə edilib.

 

Qeyd edək ki, müvafiq sənəd ilk dəfə Səhiyyə Nazirliyinin 2017-ci il 27 iyul tarixli 34 nömrəli qərarı ilə təsdiqlənib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir