Masallı Rayon İcra hakimiyyətinin Başçısı Şahin Məmmədov 1-ci müavini Nadir Abiyevi işdən çıxarıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, İcra başçısı Ş.Məmmədov martın 2-də bununla bağlı iclas keçirib. O bildirib ki, Nadir Abiyevin 2 il öncə pensiya yaşı çatıb. O, bu müddətdə öz fəaliyyətini müqavilə ilə davam etdirib. Martın 3-də isə, onun müqaviləsi bitir. Buna görə, müqaviləni yenidən artırmaq fikrimiz yoxdur.
Xatırladaq ki, Abiyev Nadir Mikayıl oğlu 1953-cü ildə anadan olub. 2006-ci ilin mart ayından 1-ci müavin işləyir. Nadir Abiyev Daşkəsənin İcra Başçısı Əhəd Abyevin və hazırda “Telekomun” rəisi Səməd Abıyevin qardaşıdır.
Bu barədə ilk məlumatı cenub.az saytı yayıb.