Son 5 ildə hər hansı siyasi partiya dövlət qeydiyyatına alınmayıb. Eyni zamanda, belə müraciətlərinin ayrıca statistikasının aparılmaması nəzərə alınmalıdır.
Bu barədə Ədliyyə Nazirliyindən (ƏN) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
Rəsmi məlumata görə, ölkədə qeydiyyatdan keçmiş 55 partiya mövcuddur:
“Son qeydə alınan partiya Milli Dirçəliş Hərəkatı Partiyasıdır”.