Modern.az

Bu xəstəxanalara yeni direktorlar TƏYİN OLUNDU

Bu xəstəxanalara yeni direktorlar TƏYİN OLUNDU

16 Mart 2020, 09:40

“Astara rayon Mərkəzi Xəstəxanası” və “Cəlilabad rayon Mərkəzi Xəstəxanası”na təyinatlar olub.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a verilən məlumata görə, İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə  Əmənullayev Oktay Xalıq oğlu “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə, Azadxanov Elnur Ramazan oğlu “Cəlilabad rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor vəzifəsinə təyin olunub. 

 

Qeyd edək ki, TƏBİB tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur. TƏBİB-in fəaliyyətinin əsas məqsədi, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU