Modern.az

Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 36-ya  endi- FOTO

Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 36-ya  endi- FOTO

16 Avqust 2020, 20:54

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 16-na olan statistik göstəriciləri açıqlayıb.

 

Modern.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 712 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 831 755  test aparılıb. İndiyədək   506  nəfər COVID-19-dan dünyasını dəyişib, 31 875  nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1 838 nəfərdir. Hazırda 199  nəfər reanimasiyada müalicə alır. 36 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, bu gün Azərbaycanda 112  yoluxma, 178 sağalma faktı qeydə alınıb. Son bir sutkada koronavirusdan  dünyasını dəyişən olmayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir