Modern.az

Ramiz Mehdiyev Əli Həsənovu niyə “VURDU”? - “Əsl xislətini gizlətmişdi”

Ramiz Mehdiyev Əli Həsənovu niyə “VURDU”? - “Əsl xislətini gizlətmişdi”

2 Sentyabr 2020, 09:30

AMEA-nın prezidenti Ramiz Mehdiyev ittiham dolu növbəti məqaləsində Prezident Administrasiyasının keçmiş şöbə müdirlərindən biri haqqında sərt ittihamlar səsləndirib.

Modern.az xəbər verir ki, R.Mehdiyev adətinə uyğun olaraq bu dəfə də ad çəkməyib.


“Uzun müddət, istər sovet dövründə, istərsə də müstəqillik illərində Prezident Administrasiyasında məsul vəzifə tutan şöbə müdirlərindən biri xeyli vaxt öz həqiqi xislətini məharətlə gizlədə bilmişdi. Yalnız uzun illər sonra onun həqiqi əməlləri aşkara çıxdıqda, həmin şəxs dövlət başçısı tərəfindən tutduğu vəzifəsindən azad edildi. Bənzər nümunələr çox olub”,
- deyə R.Mehdiyev vurğulayıb.

R.Mehdiyev ad çəkməsə də, sosial şəbəkələrdəki müzakirələrdə AMEA prezidentinin “Prezident Administrasiyasında məsul vəzifə tutan şöbə müdirlərindən biri” deyərkən Əli Həsənovu nəzərdə tutduğu vurğulanır.

Maraqlıdır, Ə.Həsənovun bu ittihama reaksiyası necə olacaq? Hazırda Türkiyədə müalicə olunduğunu deyən Ə.Həsənovun dünən yaydığı açıqlamaya görə, o, yaxın 10-15 günə Azərbaycana qayıdacaq:

“Hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə, on-on beş günə Azərbaycana qayıdacağam”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir