Modern.az

Azərbaycan və Ermənistan humanitar atəşkəs barədə razılığa gəldi - QƏRAR

Azərbaycan və Ermənistan humanitar atəşkəs barədə razılığa gəldi - QƏRAR

Ölkə

17 Oktyabr 2020, 22:43

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

 

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

 

"Bu qərar ATƏT-in Minsk Qrupu həm-sədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının Prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həm-sədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib", - deyə XİN-in məlumatında bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezident Xocalıda duyğulu anlar yaşandı