Modern.az

Ünvanlı sosial yardımın verilməsində yeni qaydalar - VİDEO

Ünvanlı sosial yardımın verilməsində yeni qaydalar - VİDEO

Ölkə

17 Yanvar 2021, 14:04

Ünvanlı sosial yardıma müraciət proseduru ilə bağlı bir çox sualları nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən video çarx hazırlanıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, videoda “Ünvanlı sosial yardım necə təyin edilir, ünvanlı sosial yardım almaq üçün hara müraciət etməliyəm və ünvanlı sosial yardım almaq üçün hansı sənədlər tələb edilir” suallarına cavab tapmaq olar.

 

Videoçarxda e-sosial.az portalı vasitəsilə ünvanlı sosial yardıma müraciət qaydası izah olunur.

 

Videoçarxı təqdim edirik:

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza