Modern.az

“Biz Tarif Şurasını təcili ləğv etməliyik!” - Deputatdan qiymət artımına ETİRAZ

“Biz Tarif Şurasını təcili ləğv etməliyik!” - Deputatdan qiymət artımına ETİRAZ

1 Fevral 2021, 11:46

"Sanki başımızın üstündə kabus dolaşır. Bu kabus da Tarif Şurasıdır".


Modern.az
xəbər verir ki, bunu deputat Tahir Kərimli parlametin yaz sessiyasının ilk iclasında çıxış edərkən deyib.


Deputat bildirib ki, kimlərsə bizim müharibədə əldə etdiyimiz qələbəni gözdən salmağa çalışır:

 

"Zəlzələni də əvvəldən bilmək olmur, Tarif Şurasının da qərarını. İnsanlar içinə çıxmaq olmur. Hamıya deputat cavab verməlidir. Tarif Şurası hansı hüquqla qiyməti qaldırır?! Biz təcili Tarif Şurasını ya ləğv etməliyik ya da bu qiymətləri bizə təqdim etməlidirlər ki, onu biz müəyyənləşdirək. Narahatlığımı bildirirəm. Belə olmaz! Cənab prezidentin gördüyü işlərə kölgə salmağa çalışırlar".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi