Modern.az

ATƏT sədri Azərbaycana GƏLİR

ATƏT sədri Azərbaycana GƏLİR

10 Mart 2021, 19:27

ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycana səfər edəcək.

Modern.az xəbər verir ki, ATƏT sədri Azərbaycanla yanaşı, Ermənistana da gedəcək. Onun səfərinin gələn həftə baş tutması planlaşdırılır.

 

Səfər çərçivəsində Azərbaycanın və Ermənistanın siyasi rəhbərliyi ilə görüşəcək Ann Linde ilk növbədə Qarabağ məsələsi ilə bağlı müzakirələr aparacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu