Modern.az

İsrail səfiri Azərbaycana təşəkkür etdi

İsrail səfiri Azərbaycana təşəkkür etdi

Ölkə

23 May 2021, 23:03

İsrailin Azərbaycandakı səfiri Corc Dik "Avroviziya 2021" mahnı müsabiqəsində ölkəmizin İsrail təmsilçilərinə verdiyi 12 xala görə “Twitter” hesabında təşəkkürünü bildirib.

 

Modern.az-ın məlumatına görə, səfir qeyd edib:

 

"Təşəkkürlər Azərbaycan!


Dünən keçirilən "Avroviziya 2021" də Azərbaycan xalqı İsrail ilə dostluq münasibətlərini nümayiş etdirdi və ona 12 xal verdi. Bu, istənilən digər ölkənin bizə verdiyindən daha çox idi. Biz həqiqətən təsirləndik.
Çox sağ ol!".

 

Modern.az xatırladır ki, "Avroviziya 2021" mahnı müsabiqəsinin finalında Azərbaycandan olan münsiflər İsrailə xal verməyib. Səfir Corc Dikin qeyd etdiyi 12 xal Azərbaycan tamaşaçıların SMS vasitəsilə İsrailə səsverməsinin nəticəsidir. 

 

Qeyd edək ki, "Avroviziya 2021"də səsvermə iki mərhələdə keçirilib. Birinci mərhələdə iştirakçı ölkələrin peşəkarlardan ibarət münsiflər heyəti xal verib. İkinci mərhələdə isə ölkələr üzrə tamaşaçıların göndərdikləri SMS-lərlə xal verilib. İlk mərhələdə ölkələrin verdikləri xallar ayrı-ayrı elan edilsə də, televiziya, yəni SMS səsvermənin nəticəsi ümumi elan olunub. Bu səbəbdən Azərbaycan tamaşaçılarının hansı ölkələrə xal verdiyi canlı yayımda açıqlanmayıb.

 

Turan ASLAN

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu