Modern.az

Amnistiya 4 aya icra ediləcək

Amnistiya 4 aya icra ediləcək

Ölkə

2 Noyabr 2021, 16:50

Amnistiya Aktını tətbiq etmək üçün nəzərdə tutulmuş orqanlar qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində amnistiyanın tətbiqini təmin etməlidir.

 

Modern.az-ın məlıumatına görə, bu, “8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında” qərar layihəsində qeyd olunub.

 

Layihəyə əsasən, Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq, cəzaçəkmə müəssisələri, intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı, təhqiqat və ya ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən tətbiq ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...