Modern.az

İstanbulda türk dövlətlərinin liderləri bir arada - VİDEO

İstanbulda türk dövlətlərinin liderləri bir arada - VİDEO

12 Noyabr 2021, 12:26

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısı keçirilir.

 

Modern.az xəbər verir ki, toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezident Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdat Amreyev iştirak edir.


Türk Şurası dövlət başçılarının İstanbulda keçiriləcək VIII Zirvə görüşündə iki mühüm qərar veriləcək:

- Türkmənistan tamhüquqlu üzv olacaq;

- Təşkilatın adı Türk Dövlətləri Birliyi olaraq dəyişdiriləcək;

Zirvə görüşü türk dünyasının gələcəyi baxımından mühüm rol oynayacaq.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...