Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 31 580 nəfər və ya 0,3% artaraq, 2021-ci il noyabr ayının 1-i vəziyyətinə 10 150 713 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən Modern.az-a verilən xəbərə görə, əhalinin ümumi sayının 53%-i şəhər, 47%-i kənd sakinləridir.
Onlardan 49,9%-i kişilər, 50,1%-i isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olub.