Modern.az

İki rayona yeni prokuror təyin olundu

İki rayona yeni prokuror təyin olundu

Ölkə

17 Dekabr 2021, 10:49

Baş prokuror Kamran Əliyev yeni təyinatlar barədə əmr imzalayıb.

Modern.az xəbər verir ki, K.Əliyevin əmrinə əsasən, Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq, Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib.

Digər əmrlə Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad olunaraq, Hacıqabul rayon prokuroru vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı  təsdiqləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza