Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Modern.az xəbər verir ki, fərmana əsasən, gələn ildən Azərbaycanda
- yaşa görə müavinət 130 manatdan 180 manata,
- I dərəcə əlilliyə görə müavinət 150 manatdan 220 manata,
- II dərəcə əlilliyə görə müavinət 130 manatdan 180 manata,
- III dərəcə əlilliyiə görə müavinət 110 manatdan 120 manata,
- sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət 150 manatdan 200 manata,
- ailə başçısını itirməyə görə müavinət 80 manatdan 100 manata,
- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət 100 manatdan 120 manata,
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 manatdan 120 manata,
- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət 55 manatdan 70 manata,
- övladlığa götürülən uşağa (bu yarımbəndin ikinci abzasında qeyd olunan uşaqlar istisna olmaqla) görə müavnət 160 manatdan 200 manata,
- övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət 480 manatdan 600 manata,
- uşağın anadan olmasına görə müavinət 200 manatdan 300 manata,
- dəfn üçün müavinət isə 300 manatdan 350 manata qaldırılıb.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.