Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Mahir Bayramov Kəlbəcər hərbi prokuroru, Elşən Mürsəlov isə Qubadlı hərbi prokuroru təyin edilib.
Modern.az-ın əldə etdiyi məlumat Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” 1 aprel 2021-ci il tarixli sərəncamına əsasən, Qubadlı və Kəlbəcər Hərbi prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə qeyd olunan hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilib.