Modern.az

Bayramda bu ailələr 100 manat alacaq – SƏRƏNCAM

Bayramda bu ailələr 100 manat alacaq – SƏRƏNCAM

Ölkə

29 Dekabr 2021, 17:29

Prezident İlham Əliyev Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam verib.

Modern.az xəbər verir ki, sərəncamla Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə qərara alınır:

- 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin.

Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə:

 

- “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.6.1.1-ci yarımbəndində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən 4 800 000 (dörd milyon səkkiz yüz min) manat ayrılsın;

 

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan ailələrə ödənilməsini təmin etsin.

 

- Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama