Modern.az

Nazirlik uşaqlar arasında yayılan virusun adını AÇIQLADI

Nazirlik uşaqlar arasında yayılan virusun adını AÇIQLADI

Ölkə

5 Yanvar 2022, 12:27

Son aylar bağça və məktəb yaşlı uşaqlar arasında quru öskürək, yüksək hərarət əlaməti müşahidə olunan xəstəlik geniş yayılıb.

 

Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi Erkin Rəhimov Modern.az-a bildirib ki, son vaxtlarda influenza (qrip) virusu geniş yayılıb.

 

Onun sözlərinə görə, uşaqlar arasında geniş yayılan və ağır keçən virus valideynleri narahat edir:

 

“Bu koronavirus deyil. Bilinən qrip virusudur. Ondan qorunmaq üçün 6 aydan böyük olan uşaqlar peyvənd vurdura bilər”.

 

E.Rəhimov sosial məsafə, şəxsi gigiyena və maska taxmaqla uşaqları virusdan qorumağın mümkün olduğunu açıqlayıb:

 

“Virusa yoluxan uşağı yalnız həkim müayinə edərək, müalicə etməlidir. Burundan alınmış yaxma vasitəsilə qrip virusu təsdiqlənə bilər”.

 

Ekspert mütəxəssisin sözlərinə görə, qrip virusu hər il geniş yayılır:

 

“Burada keçən qış istisnadır. Ötən il koronavirus pandemiyasına görə qapanma olduğu üçün bu qədər geniş yayılmamışdı”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?