Modern.az

ATƏT Ermənistanla Azərbaycana ÇAĞIRIŞ ETDİ

ATƏT Ermənistanla Azərbaycana ÇAĞIRIŞ ETDİ

Ölkə

12 Yanvar 2022, 10:06

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Azərbaycan və Ermənistanı sərhəddə güc tətbiq etməkdən çəkinməyə və Qarabağ münaqişəsinin həlli üçün dialoqa getməyə çağırıb.

Modern.az xəbər verir ki, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri - Polşanın xarici işlər naziri Zbiqnev Raunun mətbuat katibi və Polşanın ATƏT-dəki daimi nümayəndəliyinin ikinci katibi Bartoş Kempinski deyib.

“Biz Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izləyirik. Biz Azərbaycan və Ermənistanı güc tətbiq etməkdən çəkinməyə, Qarabağ münaqişəsinin həlli üçün mənalı dialoqa getməyə çağırırıq. Polşa ATƏT-in fəaliyyətdə olan sədri kimi regional sülhün, davamlı inkişafın və regional inkişafın təşviqi istiqamətində səyləri yeniləmək və gücləndirmək üçün tərəfdaşlarla işləmək niyyətindədir. Bu baxımdan biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləyəcəyik”, - deyə ATƏT sədrinin bəyanatında bildirilib.

Xatırladaq ki, dünən günün ikinci yarısında Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində  Ermənistan silahlı birləşmələri təxribat törədib.

Ermənistanın təxribatı sərhəddə vəziyyəti gərginləşdirib.

Təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində qarşı tərəf itki verərək geri çəkilib.

Ermənistan Müdafiə Nazirliyi 3 əsgərinin öldüyünü, bir neçəsinin yaralandığını təsdiqləyib.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama