Modern.az

Zakir Həsənov Hulusi Akarla son təxribatdan DANIŞDI

Zakir Həsənov Hulusi Akarla son təxribatdan DANIŞDI

Ölkə

12 Yanvar 2022, 12:20

Yanvarın 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Milli Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

H.Akar Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.

 

H.Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama