Azərbaycan əhalisinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Modern.az-a verilən xəbərə görə, 2021-ci il dekabrın 1-nə olan məlumata əsasən, ölkə əhalisinin sayı 10 milyon 152800 nəfərə çatıb.
Rəsmi məlumata görə, əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.