Modern.az

Karantin rejimi yenidən sərtləşdiriləcək? - RƏSMİ

Karantin rejimi yenidən sərtləşdiriləcək? - RƏSMİ

Ölkə

20 Yanvar 2022, 11:32

Azərbaycanda karantin rejiminin yenidən sərtləşdiriləcəyi barədə fikirlərə aydınlıq gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlama verib.

 

"Karantin rejiminin sərtləşdirilməsinə hələlik ehtiyac yoxdur", - deyən nazir pandemiya ilə bağlı vəziyyətin nəzarət altında olduğunu söyləyib.

 

"Hər bir şəxs maska rejiminə, sosial məsafəyə və fərdi gigiyena qaydalarına əməl etməlidir. Karantin rejiminin daha da sərtləşdirilməsinə əsas yoxdur, vəziyyət nəzarət altındadır. Mövcud olan çarpayı fondu, reanimasiya çarpayı fondu, tələb olunan tibbi avadanlıq və dərman təchizatı ən yüksək səviyyədədir. Bu baxımdan bir problem yoxdur. Təbii ki, yoluxmaların gedişatı növbəti addımların atılmasını müəyyən edəcək”, - deyə nazir qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama