Modern.az

Vətən müharibəsi veteranlarının siyahısı HAZIRLANIR

Vətən müharibəsi veteranlarının siyahısı HAZIRLANIR

27 Yanvar 2022, 12:38

Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi ilə bağlı Sərəncam imzalanıb. Siyahı həmin şəxslərin qulluq keçdiyi qurumlar tərəfindən müəyyən olunur və Nazirlər Kabineti ilə razılaşdırılır.

 

Modern.az-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

 

O qeyd edib ki, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq: "Proses davam edir. Siyahılar hazırlanır. Zəfər altsistemi artıq aktivləşdirilib və istifadəyə verilib. Zəfər alt sistemində olan şəxslər özləri ilə bağlı məlumatlarla həmin altsistemdə tanış ola bilərlər".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir