Hazırda pensiya yaşının azaldılması ilə bağlı məsələ gündəmdə deyil.
Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bildirib.
O qeyd edib ki, dünya təcrübəsində pensiya yaşının hətta 65-in üzərində artırılması, həmin şəxslərin əmək bazarında saxlanması nəzərdə tutulur:
"Buna görə də Azərbaycanda pensiya yaşının azaldılması nəzərdə tutulmur".