Modern.az

Kəmaləddin Heydərov istefa verdi - Yerinə Sahil Babayev seçildi

Kəmaləddin Heydərov istefa verdi - Yerinə Sahil Babayev seçildi

Ölkə

9 Fevral 2022, 11:57

Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçirilib.

 

Modern.az xəbər verir ki, mərasim Gənclər və İdman Naziriliyinin inzibati binasında baş tutub.

 

Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin ABF-na namizədliyi irəli sürülüb. 

 

Mərasim iştirakçılarının səs çoxluğu ilə S.Babayev federasiyanın yeni prezidenti seçilib. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyib.

 

K.Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olub.

 

Qeyd edək ki, ABF-yə 2009-cu il yanvarın 23-dən Kəmaləddin Heydərov, daha əvvəl isə Ağacan Abiyev rəhbərlik edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama