Modern.az

Ramiz Mehdiyev AMEA-dan istefa verdi - YENİLƏNİB

Ramiz Mehdiyev AMEA-dan istefa verdi - YENİLƏNİB

Ölkə

14 Fevral 2022, 18:00

Fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, iclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.

 

İclası giriş sözü ilə açan akademik Ramiz Mehdiyev yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib:

 

“Akademiya böyük yol keçib və daim dövlətin yanında olmalıdır. Alimlərimizin fəaliyyəti də bu yöndə olmalı, bütün işlər dövlət siyasətinə uyğun qurulmalıdır”.

 

Akademiya prezidenti istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib. Bundan əlavə, Ramiz Mehdiyev iki il dörd ay ərzində birlikdə çalışdığı Rəyasət Heyəti üzvlərinə təşəkkür edib.

 

***

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA prezidenti Ramiz Mehdiyev vəzifəsindən istefa verib.

 

Məlumatı Modern.az saytına açıqlamasında AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik Rasim Əliquliyev təsdiqləyib.
 

"Bəli, xəbər düzdür, Ramiz müəllim istefa verib", - Rasim Əliquliyev bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama