Modern.az

Ramiz Mehdiyevin arvadının milliyəti barədə açıqlama verildi - RƏSMİ

Ramiz Mehdiyevin arvadının milliyəti barədə açıqlama verildi - RƏSMİ

15 Fevral 2022, 17:02

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Eldar Əmirovun ötən gün AMEA prezidenti postundan istefa verən Ramiz Mehdiyevin yaxın qohumu olması ilə bağlı məlumatlara aydınlıq gətirib.

 

AMEA-nın Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, Əmirovla Mehdiyev arasında qohumluq əlaqələri yoxdur:

 

"AMEA Rəyasət Heyəti katibliyinin rəisi Eldar Əmirovun AMEA prezidenti, akademik Ramiz Mehdiyevin həyat yoldaşı ilə hər hansı qohumluq əlaqəsi yoxdur. Eldar Əmirov əslən qarabağlıdır, Ağdam şəhərindəndir. Akademik Ramiz Mehdiyevin həyat yoldaşı isə (Qalina Mehdiyeva) Gürcüstanın Poti şəhərindəndir. Ziyalı ailədə doğulub. Anası gürcü, atası polyak əsillidir. Ailədə bir bacı, bir qardaşdırlar", - deyə məlumatda vurğulanıb.

 

Qeyd edək ki, AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov saxlanılıb. Onun barəsində 30 sutka həbs qərarı verilib. 

 

Məlumata görə, E.Əmirov barəsində polis orqanlarına çoxsaylı şikayətlər daxil olub. Şikayətlər əsasən, E.Əmirovun işə düzəltmək adı ilə vətəndaşlardan dələduzluq yolu ilə pul yığması ilə əlaqədardır.

 

Bundan əlavə, yerli mediada yer alan xəbərlərdə Eldar Əmirovun R.Mehdiyevin baldızı oğlu olduğu bildirilirdi. 

 

Xatırladaq ki. E.Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlarda onun köməkçisi işləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI