Modern.az

Ölkədə doğulan körpələr - Əkiz, üçəm, dördəmlər

Ölkədə doğulan körpələr - Əkiz, üçəm, dördəmlər

Ölkə

16 Fevral 2022, 16:14

2021-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 112284 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,2 təşkil edib.

 

Bu barədə Dövlət Statistika (DSK) Modern.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, körpələrdən 2958-i əkiz, 84-ü üçəm, 12-si isə dördəm doğulanlardır.

 

Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Mil-Muğan (13,6), Dağlıq Şirvan (13,4), Quba-Xaçmaz (12,6), Lənkəran-Astara (12,5), Şərqi Zəngəzur (12,3), Qazax-Tovuz (12,2), Şirvan-Salyan (12,2), Qarabağ (11,8), Mərkəzi Aran (11,6) və Şəki-Zaqatala (11,4) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama