Modern.az

Ən çox evlənən və boşananlar bu ŞƏHƏRDƏDİR

Ən çox evlənən və boşananlar bu ŞƏHƏRDƏDİR

Ölkə

16 Fevral 2022, 16:20

2021-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56314 nikah və 17191 boşanma halları qeydə alınıb.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a bildirilib ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2020-ci ilə nisbətən 60,0 faiz artaraq onun səviyyəsi 5,6, boşanma səviyyəsi isə 13,3 faiz artaraq 1,7 təşkil edib.

 

Nikah səviyyəsi Bakı şəhərində (6,2), Şəki-Zaqatala (6,1), Dağlıq Şirvan, Qarabağ və Quba-Xaçmaz (5,9) iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında (5,8), boşanma səviyyəsi isə Bakı şəhərində (2,3), Abşeron-Xızı, Gəncə-Daşkəsən və Şərqi Zəngəzur (2,0), Qarabağ (1,8) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama