Modern.az

Yoluxma AZALDI - 26 nəfər öldü

Yoluxma AZALDI - 26 nəfər öldü

21 Fevral 2022, 16:33

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1038 yeni yoluxma faktı qeydə alınıb, 3 324 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 775 432 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 737 710 nəfər müalicə olunaraq sağalıb, 9 261 nəfər vəfat edib, aktiv xəstə sayı 28 461 nəfərdir.

 

Ölkədə son sutka ərzində 5 683, hazırkı dövrədək isə 6 491 040 test aparılıb.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama